Çin Azərbaycanın minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Çin Azərbaycanın minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərib

Vətənim Media xəbər verir ki, Ağdamda Çin Xalq Respublikasının Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi ilə bağlı sənəd təqdim olunub. Mərasimdə Çinin Azərbaycandakı səfiri Lu Mey və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov iştirak ediblər.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin APA-ya verdiyi məlumata görə, mərasimdən əvvəl səfir Nəmirli kəndində aparılan minatəmizləmə işləri və Ağdam mobil bazasının imkanları ilə tanış olub. Tərəflər əməkdaşlığın inkişafını və azad edilmiş ərazilərin mina və digər partlayıcı sursatlardan təmizlənməsinə beynəlxalq dəstəyin artırılmasını müzakirə ediblər. Çin və Azərbaycan arasında bu sahədə əməkdaşlıq memorandumu ötən ilin aprelində imzalanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗