Vətənim Media xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən beşinci raundda erməni və azərbaycanlı iştirakçılarla görüşüb. APA-nın məlumatına görə, iştirakçılar Kostanyana suallar ünvanlayıb, tərəflər fikir mübadiləsi aparıblar.
Ermənistanda keçirilən görüşdə Azərbaycan və Ermənistandan 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. Noyabrın 26–27-də baş tutacaq geniş tərkibli müzakirələrdə sülh gündəliyi, iki cəmiyyət arasında etimadın artırılması, iqtisadi əməkdaşlıq, humanitar məsələlər və vətəndaş cəmiyyəti nümayəndələrinin uzunmüddətli əlaqələri nəzərdən keçiriləcək.
Əsas mənbə: APA
