Vətənim Media xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, səhmdarların qərarı ilə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri vəzifəsindən ayrılıb. Onu bu vəzifədə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov əvəzləyib.
“Bank Respublika”nın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq sədr müavini Aslan Abbasova həvalə edilib. Dəyişikliklər “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100 faizini alması üzrə sövdələşmənin tamamlanmasından sonra baş verib. Sövdələşmənin şərtlərinə əsasən, “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25 faizini təşkil edən yeni imtiyazlı səhmləri əldə edirlər. Bankların əvvəlcə ayrı-ayrılıqda fəaliyyət göstərməsi, daha sonra isə tənzimləyici tələblərə uyğun birləşdirilməsi nəzərdə tutulur.
Əsas mənbə: APA
