Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, “AccessBank” və “Bank Respublika” arasında sövdələşmə tamamlanıb. Bu barədə “AccessBank”ın İdarə Heyətinin sədri David Tsiklauri bildirib.
Tsiklauri bankdakı beşillik fəaliyyətini dəyərləndirərək, 2023-cü ildən kapitalın rentabelliyinin 25 faizdən yuxarı olduğunu, səhmdarlar üçün yaradılan dəyərin isə təxminən 3,5 dəfə artdığını deyib. Onun sözlərinə görə, bu göstərici üzrə orta illik artım tempi 28,5 faiz təşkil edib.
“AccessBank” rəhbəri sövdələşmənin tamamlanması münasibətilə “Bank Respublika”nın kollektivini təbrik edib. O bildirib ki, sövdələşmə və bankların gələcək birləşməsi müştərilər, əməkdaşlar və səhmdarlar üçün daha geniş imkanlar yaradacaq.
Əsas mənbə: APA
