Vətənim Media xəbər verir ki, APA-nın “Welt am Sonntag” qəzetinin Berlin polisi barədə məlumatlarına istinadən yaydığı xəbərə görə, 2026-cı ilin ilk altı ayında şəhərdə odlu, siqnal və qaz silahlarından istifadə ilə bağlı 585 hüquq pozuntusu qeydə alınıb. Berlin polisi bu göstəriciləri təsdiqləyib.
Hesabat dövründə silahla hədələmə 324, atəş açılması isə 261 hadisə təşkil edib. 2025-ci ilin eyni dövründə 561 belə hüquq pozuntusu qeydə alınmışdı. Birbaşa döyüş odlu silahlarından atəş açılması ilə bağlı 65 hadisədən 62-si cinayət əməli kimi qiymətləndirilib. Silahla bağlı hadisələrdə 118 nəfər xəsarət alıb, iki nəfər ölüb.
Əsas mənbə: APA
