Bremerhavendə toqquşma: konteyner gəmisində 10 metrlik yarıq yaranıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bremerhavendə toqquşma: konteyner gəmisində 10 metrlik yarıq yaranıb

Vətənim Media xəbər verir ki, Almaniyanın Bremerhafen limanından çıxan “Mein Schiff 3” kruiz gəmisi konteynerdaşıyan gəmi ilə toqquşub. “Nordsee-Zeitung” qəzetinin məlumatına görə, toqquşmadan sonra konteyner gəmisinin yan gövdəsində təxminən 10 metr uzunluğunda yarıq əmələ gəlib.

İlkin ehtimala görə, manevr etməyi çətinləşdirən güclü külək qəzaya səbəb ola bilər. Xəsarət alanlar barədə məlumat yoxdur, kruiz gəmisinin sərnişinlərinin isə hadisədən ciddi sarsıldığı bildirilir. Toqquşmanın səbəbi və şəraiti araşdırılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗