Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların yaxın vaxtlarda keçiriləcəyini gözləyir. APA-nın məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp hər iki tərəfin müharibəni başa çatdırmaq üçün razılaşma əldə etməkdə maraqlı olduğunu düşündüyünü bildirib. Danışıqların konkret tarixi və keçiriləcəyi yer açıqlanmayıb.
Əsas mənbə: APA
