Deputat oğlunun həbs qətimkan tədbiri məsələsinə Nizami Rayon Məhkəməsi baxacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Deputat oğlunun həbs qətimkan tədbiri məsələsinə Nizami Rayon Məhkəməsi baxacaq

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılacaq.

Əhməd Arzuxan oğlu Əli-zadə ilə bağlı təqdimat və vəsatətə baxan hakimlər özlərinə etiraz ediblər. Material aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Apellyasiya məhkəməsi materialı Nizami Rayon Məhkəməsinə göndərib.

Əli-zadəyə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb. Deputat Arzuxan Əli-zadənin digər oğlu Xətai Rayon Məhkəməsində hakimdir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗