Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Oqtay Saral vəzifədən ayrıldığını təsdiqləyib

Vətənim Media xəbər verir ki, türkiyəli jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın vəzifədən ayrıldığını X hesabında təsdiqlədiyini yazıb. Atillanın bildirdiyinə görə, o, Saraldan vəzifədən azad edilib-edilmədiyini soruşub. Saral “Bəli” cavabını verərək qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə qəbul edildiyini bildirib.

Saral vəzifəyə prezidentin təyinatı ilə gəldiyini və onun göstərişi ilə ayrıldığını, heç kimdən incikliyinin olmadığını deyib. Atillanın Azərbaycanla bağlı açıqlamalarının ayrılmasına səbəb olub-olmadığı barədə sualına isə Saral “Bəli, elə görünür” cavabını verib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗