Vətənim Media xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb. 55 kq çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gəlib.
Bu, Əzizlinin karyerasında beşinci dünya çempionluğudur. Azərbaycanın digər təmsilçisi Sənan Süleymanov 77 kq çəki dərəcəsinin finalında moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.
Əsas mənbə: APA
