Vətənim Media xəbər verir ki, Nigeriyanın Taraba ştatında yerləşən Binnari kəndinə silahlı hücum nəticəsində azı 40 dinc sakin ölüb. “Premium Times” qəzeti məlumatı hüquq müdafiəçilərinə istinadən yayıb.
Hücum edənlər qonşu Plato ştatından keçərək Karim-Lamido rayonundakı kəndə daxil olublar. Şahidlərin sözlərinə görə, silahlılar əkin sahələrini yandırıb, ev və mağazaları dağıdıb, sakinlərə atəş açıblar. Ölənlərin sayı arta bilər; bəzi kənd sakinlərinin taleyi məlum deyil, axtarış-xilasetmə işləri davam edir.
Əsas mənbə: APA
