Vətənim Media xəbər verir ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləğində artım qeydə alınsa da, bu proses bank sektorunda sistem xarakterli risk kimi qiymətləndirilmir. Mərkəzi Bankın 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatında bildirilib ki, qeyri-işlək kreditlərin ümumi portfeldəki payı təxminən 3 faizdir. Bu göstərici tarixi minimuma yaxın olmaqla yanaşı, beynəlxalq müqayisədə də aşağı səviyyədədir.
AMB-nin baş direktoru Şahin Mahmudzadənin sözlərinə görə, vaxtı keçmiş kreditlərdəki artım bütün banklarda deyil, ayrı-ayrı maliyyə qurumlarında müşahidə olunur. Bankların mümkün kredit itkilərini qarşılamaq üçün yaratdığı ehtiyatların kifayət qədər yüksək olduğu qeyd edilib. Mərkəzi Bank kredit portfellərindəki riskləri və onların qarşılanması üçün ehtiyatların adekvatlığını izləməyə davam edir.
Əsas mənbə: APA
