Baksol yolundakı ölümlə bağlı prokuror sahə rəisi üçün 5 il həbs istəyib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Baksol yolundakı ölümlə bağlı prokuror sahə rəisi üçün 5 il həbs istəyib

Vətənim Media xəbər verir ki, Bakıda 28 yaşlı Cümşüd Cümşüdlünün kanalizasiya kollektoruna düşərək həyatını itirməsi ilə bağlı məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.

İttiham aktına görə, 2025-ci il iyunun 26-da Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iki gün sonra Hövsandakı kanalizasiya sularının təmizləmə anbarında aşkarlanıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq maddəsi üzrə iş başlanıb. Cümşüdovun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Məhkəmə prosesi oktyabrın 29-da davam edəcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗