Vətənim Media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4,5 milyon ton neft emal edilib. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalıb.
Ötən il ölkədə ümumilikdə 6,2 milyon ton neft emal olunub ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz artım deməkdir. Neft Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Müəssisədə hazırda yenidənqurma və modernləşdirmə işləri aparılır.
Əsas mənbə: APA
