Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp məxfi məlumatları mediaya ötürən dövlət məmurlarına qarşı sərt tədbirlər görülməsini istəyib. O, seçki mitinqində çıxış edərkən belə şəxslərin həbs edilməli, hətta güllələnə biləcəyini bildirib.
Trampın sözlərinə görə, məlumat sızması İranı vurmaq üçün nəzərdə tutulan əməliyyat planının ləğvinə səbəb olub. O iddia edib ki, ABŞ qoşunlarının Missuri ştatından saat 12:07-də yola düşəcəyi barədə xəbərlər “The New York Times” və CNN-də yayımlanıb. Prezident məxfi məlumatları açıqlayanlarla çox sərt davranılmalı olduğunu vurğulayıb.
Əsas mənbə: APA
