AccessBank-ın xalis mənfəəti 45,2 milyon manata yüksəlib

Şrift
🔊 Xəbəri dinlə — Babək
AccessBank-ın xalis mənfəəti 45,2 milyon manata yüksəlib

Vətənim Media xəbər verir ki, AccessBank 2026-cı ilin üçüncü rübünün sonuna 45,2 milyon manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 35,6 milyon manat olub. Bank hesabat dövründə 40 milyon manat dividend ödəyib; ödənişdən sonra məcmu kapital buferi 239,4 milyon manat təşkil edib.

İllik müqayisədə kredit portfeli 9,6 faiz və ya 124,8 milyon manat artaraq 1 milyard 421,6 milyon manata çatıb. Portfelin 75,5 faizi, yəni 1 milyard 74 milyon manatı biznes kreditləridir. Depozit portfeli 4,5 faiz artımla 1 milyard 92 milyon manat olub. Bank cari il ərzində xarici kreditorlardan 154,9 milyon manat vəsait cəlb edib.

Aktivlər 16,3 faiz artaraq 1,9 milyard manata yüksəlib. Faiz gəlirləri 15,5 faiz artımla 216,1 milyon manat, xalis faiz gəlirləri 130,4 milyon manat, xalis əməliyyat mənfəəti isə 63,6 milyon manat olub. Likvidlik əmsalı 98,8 faiz təşkil edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗