Cəzaçəkmə müəssisələrində peşə təhsili standartlarının yenilənməsi üçün layihə hazırlanıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Cəzaçəkmə müəssisələrində peşə təhsili standartlarının yenilənməsi üçün layihə hazırlanıb

Vətənim Media xəbər verir ki, cəzaçəkmə müəssisələrinin nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində standartların yenilənməsi ilə bağlı ilkin layihə hazırlanıb. Sənəd Elm və Təhsil Nazirliyində keçirilən İşçi Qrupunun görüşündə təqdim olunub.

Görüşdə nazirliyin və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər. İşçi Qrupunun sədri Turxan Süleyman 2025–2030-cu illər üçün fəaliyyət planının icrası çərçivəsində görülən işlər barədə məlumat verib. Məhkumlar üçün peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması ilə bağlı qrup üzvlərinin rəy və təklifləri toplanıb. İştirakçılar layihənin məzmununu və tətbiq imkanlarını müzakirə edib, sənədin təkmilləşdirilməsi və növbəti mərhələdə görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Fəaliyyət planında dövlət peşə təhsili standartlarının yenilənməsi və uyğunlaşdırılmış proqramlar üçün çərçivə sənədinin hazırlanması da nəzərdə tutulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗