Vətənim Media xəbər verir ki, City Garden Narimanov yaşayış kompleksində tikintisi davam edən mənzillərin satış şərtləri yenilənib. Yeni təklifə əsasən, kredit müddəti 48 ayadək olduqda illik faiz 9%, 60 ayadək olduqda isə 10% təşkil edir. Bundan əlavə, mənzil almaq üçün illik 8%-dən başlayan faiz dərəcəsi ilə seçim də təqdim olunur.
Kompleksdə mənzilləri 20 ilədək ipoteka ilə, eləcə də aylıq ödəniş öhdəliyi nəzərdə tutulmayan “Evini hissə-hissə al” modeli ilə əldə etmək mümkündür. Layihə Nərimanov rayonunda, Xəzri küçəsində, “Nəriman Nərimanov” metro stansiyasından 720 metr məsafədə yerləşir. Tikintisi davam edən binalarda 2 otaqlı studiyalardan 4 otaqlı mənzillərədək müxtəlif planlar təklif olunur. Qiymətlər və şərtlərlə bağlı məlumatı satış ofisindən almaq mümkündür.
Kompleksin layihəsində ticarət zonası, əyləncə mərkəzi, kafe və digər iaşə obyektləri, həmçinin avtodayanacaq və 24 saatlıq təhlükəsizlik nəzərdə tutulub. Mənzillərin xüsusiyyətləri arasında tavandan döşəməyədək pəncərələr və şəxsi bağçalı dupleks variantlar da var.
Əsas mənbə: APA
