Vətənim Media xəbər verir ki, Türkiyənin Afyonkarahisar bölgəsində silahlı hücum nəticəsində ölənlərin sayı 8-ə çatıb. NTV-nin məlumatına görə, iki ayrı ünvanda 5 nəfərin, başqa bir yerdə isə daha 2 nəfərin meyiti tapılıb.
İlkin istintaq nəticələrinə əsasən, ölənlərin hamısı tüfənglə öldürülüb. İki nəfərin yaralandığı bildirilir. Şübhəli şəxs və ya şəxslərin qırmızı avtomobillə hadisə yerindən qaçdığı qeyd olunur.
Əsas mənbə: APA
