Vətənim Media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev Cibuti və Qvineya-Bisaudan olan nümayəndə heyətləri ilə görüşüb. Nazirlikdən APA-ya verilən məlumata görə, görüşlərdə əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
Anar Əliyev qonaqlara Azərbaycanda bu sahələrdə aparılan islahatlar, DOST konsepsiyası, rəqəmsal xidmətlər, əmək münasibətlərinin elektronlaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı barədə məlumat verib. Özünüməşğulluq proqramı və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin fəaliyyəti də diqqətə çatdırılıb.
Əsas mənbə: APA
