Nizami Kino Mərkəzində Bakının neft tarixindən bəhs edən film təqdim olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Nizami Kino Mərkəzində Bakının neft tarixindən bəhs edən film təqdim olunub

Vətənim Media xəbər verir ki, noyabrın 3-də Nizami Kino Mərkəzində SOCAR və “AnewZ” telekanalının birgə istehsэл olan “Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“AnewZ”in icraçı direktoru Rüfət Həmzəyev filmin ideyasının SOCAR muzeyində qorunan, XX əsrin əvvəllərinə aid 103 açıqcadan yarandığını bildirib. Ekran əsərində həmin açıqcalar və doqquz insan hekayəsi vasitəsilə neft bumunun Bakının memarlığına və mədəniyyətinə təsiri, eləcə də şəhər tarixində iz qoymuş insanların taleləri əksini tapıb.

Təxminən altı ay davam edən çəkilişlər zamanı tarixi açıqcaların canlandırılması, arxiv fotolarına hərəkət verilməsi və dövrün vizual atmosferinin bərpasında süni intellektdən istifadə olunub. Filmdə memar İosif Qoslavskinin nəslindən olan İrina Trofimova-Xomitskaya ilə müsahibə də yer alıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗