Vətənim Media xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov rayonun ağsaqqalları və ziyalıları ilə görüşüb. APA-nın məlumatına görə, tədbirdə icra hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri, Ağsaqqallar Şurasının sədri Baba Bayramlı və rayonun tanınmış ziyalıları iştirak ediblər.
Görüşdən əvvəl Heydər Əliyevin Badamdar qəsəbəsindəki büstü önünə gül dəstələri qoyulub, şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət edilib. Tədbirdə ağsaqqalların gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda yetişməsindəki rolu vurğulanıb. İştirakçılar rayonun sosial-iqtisadi inkişafı, gənclərlə maarifləndirmə işi və ağsaqqalların təkliflərini müzakirə ediblər.
Əsas mənbə: APA
