“PAŞA Sığorta”da səhmdarların yığıncağı noyabrın 27-də keçiriləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“PAŞA Sığorta”da səhmdarların yığıncağı noyabrın 27-də keçiriləcək

Vətənim Media xəbər verir ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 27 noyabr 2026-cı ildə keçiriləcək. Bu barədə APA-Economics-ə şirkətdən məlumat verilib.

Yığıncaq saat 12:00-da Bakıda, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ünvanında yerləşən “Sahil Plaza” biznes mərkəzinin inzibati binasında baş tutacaq. Gündəliyə şirkətin strateji baxış və missiya bəyanatının razılaşdırılması, eləcə də strateji planın təqdimatı daxildir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗