Media və Yayım Şurasının “Rəqəmsal Media Ayı” proqramı başlayıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Media və Yayım Şurasının “Rəqəmsal Media Ayı” proqramı başlayıb

Vətənim Media xəbər verir ki, Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabrını əhatə edən “Rəqəmsal Media Ayı” çərçivəsində tədbirlər başlayıb. Proqram media savadlılığının artırılmasına, etibarlı məzmunun təşviqinə və gənclərin rəqəmsal media sahəsində inkişafına dəstək verməyə yönəlib.

Təlim proqramının ilk günündə rəqəmsal media trendləri, platforma alqoritmləri, şəxsi brend və auditoriya ilə ünsiyyət mövzuları müzakirə olunub. Rəqəmsal marketinq və süni intellekt üzrə mütəxəssis Cəfər Nəcəfov, eləcə də kontent yaradıcısı Pərviz Sadıqov təqdimatlar ediblər.

Noyabr ərzində müxtəlif hədəf qrupları üçün təlimlər, seminarlar və digər maarifləndirici tədbirlər keçirilməsi nəzərdə tutulur. Proqramda süni intellekt, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə mövzularına da diqqət ayrılacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗