Atırauda çevriliş cəhdində şübhəli bilinən 10 nəfər saxlanılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Atırauda çevriliş cəhdində şübhəli bilinən 10 nəfər saxlanılıb

Vətənim Media xəbər verir ki, APA-nın Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə istinadən yaydığı məlumata görə, ölkənin qərbindəki Atırau şəhərində dövlət çevrilişinin qarşısı alınıb və 10 nəfər saxlanılıb.

Komitə bildirib ki, qrup üzvləri konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi planlaşdırıblar. Saxlanılanlar ekstremist qrup yaratmaqda və onun fəaliyyətində iştirakda, terrorizmi təbliğ etməkdə, dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər. Axtarışlarda odlu silah, narkotik vasitələr, dini ləvazimat və ədəbiyyat götürülüb. Həmçinin uşaqlar və yeniyetmələr üçün yaradılmış üç yeraltı təlim mərkəzinin fəaliyyəti dayandırılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗