Prokuror Bəşir Süleymanlıya 9 il həbs cəzası istəyib

Şrift
Prokuror Bəşir Süleymanlıya 9 il həbs cəzası istəyib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı onun 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi çıxış etmək üçün vaxt istəyib. Məhkəmə prosesi noyabrın 19-da davam etdiriləcək. Süleymanlıya vəzifə saxtakarlığı, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb. O, ötən ilin martında saxlanılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗