İşğal olunmamış rayon sakini ilə evlənən kişilərə də məcburi köçkün statusu veriləcək

Şrift
İşğal olunmamış rayon sakini ilə evlənən kişilərə də məcburi köçkün statusu veriləcək

Vətənim Media xəbər verir ki, işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan və məcburi köçkünlüyə səbəb olan hallardan əvvəl işğal olunmamış rayon sakini ilə nikahda olan kişilərə və onların uşaqlarına məcburi köçkün statusu veriləcək. APA-nın məlumatına görə, dəyişiklik Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə müvafiq qaydalara edilib.

Qaydalara əsasən, statusu təsdiq edən vəsiqə də veriləcək. Bu şərt həmin rayon işğal edilənədək orada faktiki yaşayan şəxslərə və onların uşaqlarına şamil olunmur. Əvvəlki qaydada bu hüquq eyni şərtlərlə qadınlara və onların uşaqlarına verilirdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗