Vətənim Media xəbər verir ki, Mətbuat Şurasının yeni tərkibdə ilk İdarə Heyəti iclasında Müşfiq Ələsgərli və Elmira Musazadə sədr müavini seçilib. Şikayətlər üzrə komissiyaya ilk iki il Müşfiq Ələsgərli rəhbərlik edəcək.
İclasda Əvəz Rüstəmovun namizədliyi Şuranın icraçı katibi vəzifəsinə təsdiqlənib. Əminə Yusifqızı isə Ahıl Jurnalistlər Məclisinin sədri seçilib. Komissiyaların rəhbərlərinə növbəti iclasadək fəaliyyət proqramları və tərkibləri ilə bağlı təklifləri Katibliyə təqdim etmək tapşırılıb.
Əsas mənbə: www.presscouncil.az
