Bakıda yağış noyabrın 10-dək davam edəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda yağış noyabrın 10-dək davam edəcək

Vətənim Media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə, bəzi yerlərdə yağış qısamüddətli intensivləşə, şimşək çaxa bilər.

Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi bildirilir. Ayrı-ayrı yerlərdə leysan, şimşək və dolu, dağlıq ərazilərdə isə qar ehtimalı var. Yağıntılar çaylarda sululuğu artıra, Böyük Qafqaz və Lənkəran-Astara bölgəsində bəzi çaylarda qısamüddətli daşqın və selə səbəb ola bilər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗