Azercell İKT üzrə yüksək nəticə göstərən tələbə qızlarla görüşüb

Şrift
Azercell İKT üzrə yüksək nəticə göstərən tələbə qızlarla görüşüb

Vətənim Media xəbər verir ki, Azercell “Uğur qızlarımızındır” təşəbbüsü çərçivəsində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisaslarına yüksək nəticələrlə qəbul olan tələbə qızlarla görüş keçirib. İştirakçılar texnologiya sektorundakı inkişaf istiqamətlərini, yeni peşə bacarıqlarına tələbatı və gələcək karyera imkanlarını müzakirə ediblər.

Görüşdə süni intellekt və kibertəhlükəsizlik üzrə şirkətin fəaliyyəti, təcrübə və təqaüd proqramları barədə məlumat verilib. Azercell ölkədə ilk Telekom CERT komandasını yaratdığını, komandanın kibertəhdidlərin aşkarlanması və insidentlərə operativ reaksiya imkanlarını inkişaf etdirdiyini bildirib. Tələbələrin siyahısını ixtisas seçiminin nəticələrinə əsasən Dövlət İmtahan Mərkəzi təqdim edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗