Laçında Zəfər Gününə həsr olunan “Böyük qayıdışın Zəfər bayramı” konserti keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Laçında Zəfər Gününə həsr olunan “Böyük qayıdışın Zəfər bayramı” konserti keçirilib

Vətənim Media xəbər verir ki, Laçında 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Böyük qayıdışın Zəfər bayramı” adlı konsert proqramı təşkil edilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbir LaçınCinema kino mərkəzində keçirilib.

Konsertdən əvvəl iştirakçılar şəhərdəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Xiyabanda dualar oxunub, əklil və gül dəstələri qoyulub.

Tədbirin rəsmi hissəsində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova çıxış edərək Zəfər Günü münasibətilə iştirakçıları təbrik ediblər. Ardınca konsert proqramı təqdim olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗