Əhliman Əmiraslanov ürək transplantasiyasının icbari sığortaya daxil edilməsini istəyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Əhliman Əmiraslanov ürək transplantasiyasının icbari sığortaya daxil edilməsini istəyib

Vətənim Media xəbər verir ki, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov ürək transplantasiyası əməliyyatlarının da icbari tibbi sığorta ilə qarşılanmasının vacib olduğunu bildirib. O, bu fikri 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirə olunduğu birgə iclasda səsləndirib.

Əmiraslanovun sözlərinə görə, ürək transplantasiyası əməliyyatları son illərdə Azərbaycanda həyata keçirilməyə başlanıb və Qafqazda ilk dəfə ölkəmizdə uğurla icra olunur. O qeyd edib ki, əməliyyatların maliyyə xərci yüksəkdir və onların gələn ildən icbari tibbi sığortaya daxil edilməsinə ehtiyac var.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗