Vətənim Media xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə icra olunan 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasından keçir. APA-nın məlumatına görə, bunu Maliyyə Nazirliyi açıqlayıb.
Ekspertizası başa çatan 59 layihənin ümumi dəyəri 4 milyard 38 milyon manatdır. Yoxlama zamanı xərclər bazar qiymətləri və qüvvədə olan normalarla tutuşdurulur, cizgilərlə smeta sənədləri arasındakı uyğunsuzluqlar araşdırılır.
Əsas mənbə: APA
