Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Avropada sərnişin təyyarələrinə qarşı bomba təhdidləri davam edir və bu cür xəbərdarlıqlar alan təyyarələrin sayı 21-ə çatıb.
Madrid, Roma, Praqa, Belqrad və digər şəhərlərə uçan təyyarələrə bomba xəbərdarlığı göndərilib. Yoxlamalar zamanı partlayıcı maddə aşkarlanmayıb. İtaliyadakı bəzi təhdidləri “Kişi Dövlətinin Döyüşçüləri” adlı qrup üzərinə götürüb və elektron məktubla partlayış hədələri göndərib.
Əsas mənbə: APA
