Vətənim Media xəbər verir ki, Səudiyyə Ərəbistanının ACWA Power şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Prezident İlham Əliyevə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, o, təbriklərini şirkət və öz adından çatdırıb.
Əbunəyyan məktubunda Zəfər Gününün 44 gün davam edən müharibədə qazanılmış tarixi Qələbəni, Dövlət Bayrağı Gününün isə suverenliyi, müstəqilliyi və milli qüruru ifadə etdiyini qeyd edib. O, Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin möhkəmlənməsini və ACWA Power-in bu tərəfdaşlığın bir hissəsi olmasını yüksək qiymətləndirib.
Şirkət rəhbəri ACWA Power-in Azərbaycanın inkişafına töhfə verən təşəbbüslərdə iştirak etməyə və əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. O, Prezident İlham Əliyevə cansağlığı və uğurlar, Azərbaycan xalqına isə sülh, birlik, sabitlik və rifah arzulayıb.
Əsas mənbə: APA
