Pedro Alliana and içərək Paraqvayın prezidenti oldu

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Pedro Alliana and içərək Paraqvayın prezidenti oldu

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, vitse-prezident Pedro Alliana Paraqvay Konqresinin növbədənkənar iclasında and içərək prezident vəzifəsinin icrasına başlayıb. O, maliyyə böhranından zərər çəkən vətəndaşlara dəymiş zərərin tam ödəniləcəyini vəd edib.

Senat prezident Santyaqo Penyanı Ueno Bankın iflası ilə əlaqəli maliyyə qalmaqalından sonra vəzifəsindən kənarlaşdırıb. Senatın 44 üzvü impiçmentin lehinə səs verib. Penya ev dustaqlığına göndərilib.

52 yaşlı Alliana 2023-cü ildən Penyanın vitse-prezidenti idi. O, prezidentlik müddətinin qalan hissəsini 2028-ci ilin avqustunadək icra edəcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗