Bundesverdə qadın hərbçilərin sayı artırılacaq: hazırda 25,5 min qadın xidmət edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bundesverdə qadın hərbçilərin sayı artırılacaq: hazırda 25,5 min qadın xidmət edir

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverdə qadınların hərbi xidmətə cəlb edilməsi üçün səylərin gücləndiriləcəyini bildirib. Qadınların müraciətlərində müsbət dinamika olsa da, nazir mövcud göstəriciləri qənaətbəxş saymayıb. Bu məqsədlə Müdafiə Nazirliyində xüsusi kadr bölməsi yaradılıb.

Pistorius Bundesverdə cinsi toxunulmazlığa qarşı hüquq pozuntularının artmasından da danışıb. Onun sözlərinə görə, ötən il belə pozuntularla bağlı təxminən 460 ehtimal olunan hal qeydə alınıb. Nazirlik gələn həftə bu sahədə gizli cinayətlərin səviyyəsinə dair araşdırmanın nəticələrini açıqlayacaq.

Almaniya Silahlı Qüvvələrində hazırda təxminən 25,5 min qadın xidmət edir. Onlar hərbi qulluqçuların ümumi sayının 14 faizini təşkil edir. Ordunun mülki heyətində qadınların payı isə təxminən 40 faizdir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗