Vətənim Media xəbər verir ki, APA-nın Tehran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qeşm adası üzərində ABŞ ordusuna məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını məhv etdiyini açıqlayıb.
SEPAH-ın məlumatında bunun həmin gün Qeşm adası üzərində vurulan 16-cı MQ-1 tipli kəşfiyyat-zərbə PUA-sı olduğu bildirilib.
Əsas mənbə: APA
