Vətənim Media xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasının təsdiqlənməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, sənəd Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” arasında imzalanmış Sazişə dəyişiklikləri əhatə edir. Layihədə Sazişin qəbul və təsdiq edilməsi, habelə həyata keçirilməsinə icazə verilməsi nəzərdə tutulur.
Əsas mənbə: APA
