Vətənim Media xəbər verir ki, Milli Məclis “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə beş fəsil və 14 maddədən ibarətdir. Qanun pulsuz hüquqi yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirməyi nəzərdə tutur.
Layihəyə əsasən, peşəkar hüquqi yardım almaq hüququ aztəminatlı şəxslərə, sosial yardım alan ailələrin üzvlərinə, işsiz kimi qeydiyyatda olanlara, yetkinlik yaşına çatmayanlara, qaçqınlara və digər göstərilən qruplara veriləcək. Yardım dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılan vəsait hesabına göstəriləcək və onun təşkilini Kollegiyanın Rəyasət Heyəti həyata keçirəcək. Qanun beynəlxalq təşkilatlarda və Azərbaycanın xarici diplomatik nümayəndəlikləri ilə konsulluqlarında hüquqların müdafiəsinə aid işləri əhatə etmir.
Əsas mənbə: APA
