Vətənim Media xəbər verir ki, “Nar”ın baş icraçı direktoru Özgür Genc DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və “Könüllü DOST” proqramının iştirakçıları üçün internetin iş prinsiplərinə dair təlim keçirib. Təlimə 100-ə yaxın gənc qatılıb.
İştirakçılara cihazların şəbəkəyə qoşulması, məlumatların internetdə ötürülməsi, veb-səhifələrin açılması, DNS sistemi və serverlərin funksiyaları izah olunub. Təlimdən əvvəl mərkəzin direktoru Elnarə Ənsari qonaqları mərkəzin fəaliyyəti və tədris şəraiti ilə tanış edib.
Əsas mənbə: APA
