Vətənim Media xəbər verir ki, noyabrın 6-da saat 13:10 radələrində zəhərlənmə şübhəsi ilə üç nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. APA-nın qərb bürosuna TƏBİB-dən verilən məlumata görə, onların biri qadın, ikisi kişidir.
Xəstələrə zəruri tibbi yardım göstərilib, müalicələri davam edir. Onlardan birinin vəziyyəti orta ağır, digər ikisinin vəziyyəti stabil qiymətləndirilir. İlkin məlumata görə, ailənin üzvləri yeməkdən sonra özlərini pis hiss ediblər.
Əsas mənbə: APA
