Emre Belözoğlu “Fənərbaxça” ilə mövsümün sonunadək müqavilə imzalayıb

Şrift
Emre Belözoğlu “Fənərbaxça” ilə mövsümün sonunadək müqavilə imzalayıb

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Emre Belözoğlu “Fənərbaxça”nın baş məşqçisi vəzifəsinə təyin olunub və klubla mövsümün sonunadək müqavilə bağlayıb. 46 yaşlı mütəxəssis doğma klubuna qayıtmasından məmnun olduğunu bildirib.

Belözoğlu komandaya azarkeşlərin gözlədiyi futbolu qısa müddətdə aşılamağa çalışacağını deyib. Məşqçilər korpusunun 12-13 nəfərdən ibarət olacağını açıqlayan mütəxəssis “Liverpul” üzərindəki qələbədə payının olmadığını, həmin vaxt tribunada azarkeş kimi olduğunu bildirib. O, Arda Turanın rəhbərlik etdiyi “Şaxtyor”la Çempionlar Liqası qarşılaşmasını da xüsusi oyun kimi dəyərləndirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗