Vətənim Media xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Japarov məktubunda 8 Noyabr münasibətilə İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. O, uzunmüddətli münaqişənin başa çatmasının regionda sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmlənməsi üçün zəmin yaratdığını bildirib.
Qırğızıstan Prezidenti Cənubi Qafqazın sülh və sabitlik məkanına çevriləcəyinə inandığını qeyd edib. O, İlham Əliyevə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıb.
Əsas mənbə: APA
