Vətənim Media xəbər verir ki, AMEA İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında İsa Həbibbəylinin Ramiz Mehdiyevin vəzifə verəcəyi şəxslər sırasında göstərilməsinin Akademiyanın rəhbərliyinə qarşı təxribat olduğu bildirilib. Açıqlamanı APA yayıb.
AMEA-nın məlumatına görə, Ramiz Mehdiyevin imzaladığı 8 yanvar 2021-ci il tarixli qərarla Həbibbəyli birinci vitse-prezident vəzifəsindən azad edilərək vitse-prezident vəzifəsini icra edən təyin olunub. 2022-ci il yanvarın 26-da isə onun 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə bölünüb, İctimai Elmlər Bölməsi ayrılıb. Həbibbəyli fevralın 7-də Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunmaq üçün ərizə verib.
Açıqlamada vurğulanıb ki, mövcud vəziyyət və əvvəlki qərarlar fonunda Həbibbəylinin yeni vəzifə alacağı barədə məlumat AMEA rəhbərinə qarşı qarayaxma məqsədi daşıyır.
Əsas mənbə: APA
