Qarabağ Universitetinin Klinikasında 19 çarpayılı təcili yardım şöbəsi açıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Qarabağ Universitetinin Klinikasında 19 çarpayılı təcili yardım şöbəsi açıldı

Vətənim Media xəbər verir ki, noyabrın 7-də Prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib. Şöbədə pasiyentlərin qəbulu, müayinəsi və müalicəsi üçün funksional zonalar yaradılıb. Burada reanimasiya və pediatriya bölmələri, palata, eləcə də əməliyyat otaqları fəaliyyət göstərəcək.

Klinikada 70 stasionar çarpayı, o cümlədən 5 reanimasiya çarpayısı var. Təcili yardım şöbəsində isə 19 çarpayı və 5 əməliyyat zalı nəzərdə tutulub. Beləliklə, klinika eyni vaxtda 70 stasionar və 19 təcili yardım pasiyentinə xidmət göstərə biləcək.

2027-ci il üzrə inkişaf planına əsasən, tibb müəssisəsində 230–250 əməkdaşın çalışması proqnozlaşdırılır. Klinikada pasiyentlərin digər tibb müəssisələrinə köçürülməsi üçün reanimasiya və intensiv terapiya imkanları olan təcili yardım avtomobilləri də mövcuddur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗