Vətənim Media xəbər verir ki, oktyabrın 31-də saat 20:15 radələrində Bakının Nizami rayonundan təcili tibbi yardıma çağırış daxil olub. Üç briqada hadisə yerinə göndərilib və zəhərlənmə şübhəsi ilə 5 qadın Məhəmmədi modul tipli xəstəxanaya aparılıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, qadınlara tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Əsas mənbə: APA
