Tbilisidə partlayışda ölənlərin sayı 7-yə yüksəldi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tbilisidə partlayışda ölənlərin sayı 7-yə yüksəldi

Vətənim Media xəbər verir ki, Tbilisinin Zemo Poniçala qəsəbəsində noyabrın 19-da baş vermiş partlayışda yaralanan 31 yaşlı İlya İsayev xəstəxanada vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, o, altı gündür müalicə alırmış.

Klinikadan bildirilib ki, İsayevin bədəninin 87 faizi yanıb və aldığı digər xəsarətlər onun həyatını xilas etməyə imkan verməyib. Beləliklə, partlayışda ölənlərin sayı 7-yə çatıb. Hadisədə daha beş nəfər xəsarət almışdı; ölənlərdən ikisi uşaq olub. Gürcüstanda faciə ilə əlaqədar noyabrın 22-si matəm günü elan edilmişdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗