Vətənim Media xəbər verir ki, Misirin paytaxtı Qahirədə yanacaqdaşıyan avtomobil partlayıb. Misirin Səhiyyə Nazirliyinin məlumatına görə, 30 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə Giza vilayətinin Əl-Varrak rayonunda, dairəvi avtomobil yolunda baş verib. Yerli medianın yazdığına görə, partlayışdan sonra başlayan yanğın bir neçə avtomobilə də ziyan vurub.
Əsas mənbə: APA
