Vətənim Media xəbər verir ki, Misirdə neft məhsulları daşıyan sistern dairəvi yol qovşağında aşıb və ardınca yanğın baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına istinadən Reuters-in yaydığı məlumata görə, hadisə nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Əvvəlki məlumatda ölənlərin sayı 30, yaralıların sayı isə 15 göstərilmişdi. Hadisə Qahirənin Giza vilayətində, Əl-Varrak rayonundakı dairəvi avtomobil yolunda baş verib.
Əsas mənbə: APA
